Medianews.az
Ronaldu karyerasını başa vurmaq
85 baxış

Ronaldu karyerasını başa vurmaq qərarına gəldi

Hücumçu Kriştianu Ronaldu "Ən-Nəsr"i tərk etmək və futbol karyerasını başa vurmaq qərarına gəlib.

Medianews.az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs sosial şəbəkə səhifəsində məlumat paylaşıb.

Onun sözlərinə görə, 40 yaşlı futbolçu klubla müqavilənin müddətini uzatmayacaq və 2027-ci ilin yayında rəsmən karyerasını bitirdiyini elan edəcək.

Mənbənin məlumatına görə, "Ən-Nəsr" rəhbərliyi Ronaldunu daha bir mövsüm saxlamağa çalışacaq. Əgər bu mümkün olmasa, klub futbolçunu Səudiyyə Ərəbistanında saxlamaq üçün ona birgə mülkiyyətdəki payını 15%-ə qədər artıraraq şərikli pay təklif etməyə hazırdır./Oxu.az

Bizə qoşulun