Medianews.az
Rəsmi Bakıdan Vaşinqtona TƏBRİK -
95 baxış

Rəsmi Bakıdan Vaşinqtona TƏBRİK - FOTO

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ni Müstəqillik Günü və Birləşmiş Ştatların 250 illiyi münasibətilə təbrik edib.

Bununla bağlı XİN-in “X” hesabında paylaşım olunub.

“Amerika Birləşmiş Ştatları Müstəqillik Gününü qeyd etdiyi və müstəqilliyinin 250 illiyini qeyd etdiyi bir vaxtda, bu tarixi hadisə münasibətilə Amerika xalqını səmimi qəlbdən təbrik edirik.

4 İyul bayramınız mübarək və bu əlamətdar hadisə münasibətilə Amerika Birləşmiş Ştatları hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq!”, - paylaşımda qeyd olunur.

Bizə qoşulun