“Real Madrid”in hücumçusu Kilian Mbappe bəzi komanda yoldaşlarından narazıdır.
“Madrid Universal”ın məlumatına görə, fransız komanda daxilindəki vəziyyətdən qəzəblidir, o, bəzi oyunçuların mövsümü “məhv etdiyinə” inanır.
Ulduz hücumçu hətta komanda yoldaşları ilə bu məsələ ilə bağlı şəxsi müzakirələr aparıb. Cud Bellinqemin Mbappenin fikir ayrılıqları yaşadığı oyunçulardan biri olduğu bildirilir.
“Real Madrid” uğursuz bir mövsüm keçirib: Çempionlar Liqasından və Kral Kubokundan kənarlaşdırılıb, La Liqada isə “Barselona” ilə titul uğrunda mübarizə aparmaq şansını demək olar ki, itirib./publika.az