Medianews.az
“Real” Ronaldodan xahiş etdi:
123 baxış

“Real” Ronaldodan xahiş etdi: Vinisiusu inandır ki…

“Real Madrid”in prezidenti Florentino Peres keçmiş hücumçusu Ronaldodan Vinisius Junioru 2027-ci ilin yayında başa çatacaq müqaviləsini uzatmağa razı salmasını istəyib.

Bu barədə “Defensa Central” məlumat yayıb.

Mənbənin məlumatına görə, Ronaldo danışıqlarda birbaşa iştirak etmir, lakin onun vəzifəsi Vinisiusu “Real Madrid”in təklif etdiyi müqavilənin onun maraqlarına uyğun olduğuna inandırmaqdır. Peres 1994 və 2002-ci il Dünya Kuboku qalibinin Braziliya millisindəki yüksək mövqeyindən istifadə etmək istəyir.

Mediada əvvəllər yayılan məlumatlarda Vinisiusun yeni müqavilə üçün maaşı ilə bağlı “Real Madrid”lə razılığa gələ bilmədiyi bildirilirdi. Braziliyalı futbolçu 2018-ci ildən “Los Blancos”da oynayır. O, 375 matçda 128 qol vurub və 100 məhsuldar ötürmə edib./publika.az

Bizə qoşulun