Medianews.az
Qulançar… -
103 baxış

Qulançar… - Qaraciyəri gücləndirən MƏHSUL

Terapevt-həkim və aparıcı Yelena Malışeva oftalmoloq Mixail Konovalov ilə birlikdə “Yaşamaq gözəldir!” verilişində qaraciyərin fəaliyyətini yaxşılaşdıran məhsulu açıqlayıblar.

Medianews.az-ın məlumatına görə, Malışeva bildirib ki, qaraciyər orqanizmə daxil olan toksinləri zərərsizləşdirir. Onun sözlərinə görə, bu orqanın daha səmərəli işləməsinə qulançar kömək edir.

Konovalov izah edib ki, qulançarın tərkibində qaraciyərin zərərli maddələri emal edib orqanizmdən çıxarmasına yardım edən qlutatyon adlı antioksidant mövcuddur.

Medianews.az

Bizə qoşulun