Medianews.az
Qrenlandiya gözəli Trampa qarşı:
140 baxış

Qrenlandiya gözəli Trampa qarşı: “Bizdən uzaq durun"

"Qrenlandiya - Qrenlandiya xalqına məxsusdur". Medianews.az xəbər verir ki, 2024-cü ildə Qrenlandiya gözəli seçilmiş Nayya Marosi ABŞ Prezidenti Donald Trampın onun vətənini ilhaq etmək cəhdinə belə reaksiya verib.

Nayya Marosi Donald Trampın Qrenlandiyanı zorla ələ keçirəcəyinə dair bəyanatlarını dəhşətli təhdid adlandırıb və bildirib ki, hədələrə baxmayaraq, bu dövrün də öz gözəlliyi var, gözəl olan isə odur ki, Qrenlandiya xalqı vətənin müdafiəsinə qalxıb, qürurunu qorumaq əzmini ortaya qoyub.

“Mən Trampın siyasətinin əleyhinəyəm və vətənimin müdafiəsindəyəm. Qrenlandiya, onun xalqı diz çökən deyil. ABŞ-ni bizdən uzaq durmağa çağırırıq”.

Medianews.az

Bizə qoşulun