Medianews.az
“Qısaca deyim ki, atlar ölüb, itlərin bayramıdır…” -
105 baxış

“Qısaca deyim ki, atlar ölüb, itlərin bayramıdır…” - Fotolar

Mərhum Xalq artisti Ramiz Novruzun aktyor-müğənni oğlu Cavidan Novruz atası ilə bağlı təsirli paylaşım edib. 

O, instaqram hesabında atasının səhnədə çəkilmiş fotolarını paylaşıb.

Oğlu sənətkarla bağlı bir xatirəsini də bölüşüb: “Bir dəfə uşaq vaxtı gedib atamın tamaşasına baxmışdım. Tamaşanın sonunda obraz olaraq onu öldürürdülər. Mənim də 7-8 yaşım olardı. Çox sarsılmışdım, hönkür-hönkür ağlamışdım. Atam məni qucaqlayıb dedi ki, “Dəlisən sən?! Aktyorlar ölmür ki…” O sözə nədənsə çox inanmışdım və müəyyən yaşa qədər elə bilirdim. Amma o vaxt anlamamışdım ki, atam o sözü cismən demir. Nə isə, iki gündür yaman çox darıxıram… 

Bu arada onu da deyim ki... Nə isə deməyim, qalsın. Elə burada qısaca deyim ki, atlar ölüb, itlərin bayramıdır…”

Qeyd edək ki, Xalq artisti Ramiz Novruz 2023-cü ilin 21 fevralında, 67 yaşında uzunsürən xəstəlikdən sonra xəstəxanada vəfat edib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.





Bizə qoşulun