Türkiyənin əfsanəvi aktrisası Türkan Şoray konsert verəcək. Sevilən sənətçi yanvarın 11-də Ankarada heyranları ilə bir araya gələcək.
Metbuat.az xəbər verir ki, 81 yaşlı aktrisa 40-50 il əvvəl çəkildiyi filmlərdə səslənən mahnıları ifa edəcək.
Biletlərinin qiyməti izləyicilərin təəccübünə səbəb olub. Aktrisanın canlı ifalarını dinləmək istəyən xeyli pulundan keçməli olacaq. Belə ki, ən ucuz bilet üçün 800 lirə (32 manat), ən baha bilet üçün 2200 lirə (88 manat) qiymət müəyyənləşdirilib.
Qiymətlərin baha olması ilə bağlı sosial şəbəkələrdə tənqidlər yazılıb.