Medianews.az
Qara dənizdə Türkiyə gəmisi VURULDU -
70 baxış

Qara dənizdə Türkiyə gəmisi VURULDU - TƏCİLİ

Qara dənizdə Türkiyəyə məxsus “Viva” adlı yük gəmisinə ikinci dəfə zərbə endirildiyi bildirilir.

Musavat.com xəbər verir ki, Ukrayna hərbi mənbələrinin məlumatına görə, hadisə Rusiyanın hücumu nəticəsində baş verib.

Ukrayna tərəfi bildirir ki, gəmidə olan 11 Türkiyə vətəndaşından ibarət heyətə zərər dəyməyib.

Hücuma baxmayaraq, gəmi hərəkət qabiliyyətini itirməyib, sürətini qoruyaraq Misirdəki təyinat limanına doğru yoluna davam edib.

Hadisədən dərhal sonra dəniz axtarış və xilasetmə xidməti həyəcan vəziyyətinə gətirilib, kapitanla isə davamlı əlaqə saxlanılır.

Ukrayna Hərbi Dəniz Qüvvələrinin rəsmi açıqlamasında insident “hədəfli hücum” kimi qiymətləndirilib. Məlumatı Ukraynanın KİV-ləri yayıb.

Hadisə Qara dənizdə mülki gəmiçiliyin təhlükəsizliyi ilə bağlı narahatlıqları bir daha gündəmə gətirib.

Bizə qoşulun