Medianews.az
Rəqsanənin türmə həyatı haqda
83 baxış

Rəqsanənin türmə həyatı haqda ŞOK AÇIQLAMASI

Müğənni Rəqsanənin həbsxanada olarkən üç ay ərzində 300 kitab oxuduğunu deməsi müzakirələrə səbəb olub. Hələ bununla kifayətlənməyən müğənni həmin müddətdə özü bir kitab da yazdığını bildirib. Onun sözlərinə görə, oxuduğu kitablar arasında Tövrat, İncil, Quran və Bibliya kimi dini kitablar də yer alıb. Sadə hesablama aparsaq, 300 kitab 90 günə bölünəndə günə təxminən 3,3 kitab düşür. Yəni hər gün üç kitab və əlavə olaraq bir kitabın üçdə birini oxumaq insanlara inandırıcı gəlmir.

Belə dərin və mürəkkəb mətnləri bu sürətlə oxumaq nə dərəcədə mümkündür?

Medianews.az xəbər verir ki, globalinfo.az-a danışan Əməkdar jurnalist Ləman Ələşrəfqızı mövzuya skeptik yanaşdığını gizlətmir. Bildirib ki, bu sürətlə oxumaq adi oxucu üçün real görünmür:

“Bilmirəm, Rəqsanənin oxuma sürəti F-16-dır, bəlkə F-35-dir, bunu deyə bilmərəm (gülür). Amma normal insan üçün bu temp mümkün deyil. Şəxsən mən oxuya bilmərəm. Yadıma tələbəlik illərim düşür. Bakı Dövlət Universitetində oxuyanda müəlliməmiz Nüşabə Sadıqlı xarici ədəbiyyatdan imtahan götürürdü və son dərəcə tələbkar idi. Mən bir ay ərzində zorla yeddi dənəsini oxumuşdum. Halbuki bədii ədəbiyyatı sevən, oxuyan adamam”.

Rəqsanənin türmə həyatı haqda açıqlaması heyrət doğurdu – İnanılmaz!

Ləman Ələşrəfqızı

Jurnalist qeyd edib ki, mütaliə hər kəs üçün eyni səviyyədə asan deyil və bu gün diqqət dağınıqlığı daha da artıb:

“İndi telefonlar, sosial şəbəkələr diqqətimizi ciddi şəkildə yayındırır. Oxumaq özü də asan proses deyil. Hər adam oxuya bilmir. Orta məktəbdə təhsil aldığım illərdə 10-cu sinif şagirdləri arasında höccələyərək oxuyanlar var idi. Ola bilsin, Rəqsanə də oxuyur, ya oxuya bilmir, amma bu qədər qısa müddətdə bu sayda kitab, üstəlik dini və fəlsəfi mətnləri oxumaq, hətta sürətli oxu ilə belə, mənə inandırıcı gəlmir”.

L.Ələşrəfqızı bütün bunlara baxmayaraq, oxumağın təşviq olunmasını müsbət hal kimi qiymətləndirib:

“Hər halda bu xəbər mənim ovqatımı bir qədər yaxşılaşdırdı. Çünki oxumaq həmişə yaxşıdır. Rəqsanə və onun kimi müğənnilər oxuyursa, bu artıq müsbət haldır. Təki bacardıqları qədər çox oxusunlar. Türkiyədə baxırsan, mədəniyyət adamları, aktyorlar, müğənnilər, hətta uşaqlar belə nə qədər mütaliəlidir. Bu çox xoş təsir bağışlayır. Kimsə deyəndə ki, “kitab oxuyuram”, “üç kitab oxumuşam”, mənim üçün bu, həmişə sevindirici haldır. Allah yolunu açıq eləsin, oxusunlar, təki oxumaqdan uzaq qalmasınlar”.

Bizə qoşulun