Medianews.az
Qanun dəyişir: 8000 manatlıq müavinət kimlərə veriləcək?
665 baxış

Qanun dəyişir: 8000 manatlıq müavinət kimlərə veriləcək?

Azərbaycanda yeni müavinətin verilməsinə başlanacaq. “Dövlət qulluğu haqqında" qanuna təklif edilən dəyişikliklərə əsasən, bir sıra hallarda vətəndaşlara yeni birdəfəlik müavinətin verilməsi nəzərdə tutulur. Qanuna əsasən, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə dövlət qulluğuna xitam verilə bilər. Bu əsasla dövlət qulluğuna xitam verildikdə dövlət qulluqçusunun vərəsələrinə orta aylıq dövlət məvacibinin dörd misli miqdarında müavinət ödəniləcək.

İqtisadçı deputat Vüqar Bayramov məsələ ilə bağlı Medianews.az-a açıqlamasında deyib:

“2024-cü ilin yekunlarına əsasən, dövlət qulluqçularının sayı 27,4 min nəfərdir və onların orta aylıq nominal məvacibi təxminən iki min manatdır. Bu o deməkdir ki, yeni müavinətin məbləği orta hesabla 8 min manat (orta aylıq dövlət məvacibi - 2 min manat x 4) olacaq. Bu müavinətin təyinatında məqsəd vətəndaşlarımızın sosial təminatını daha da gücləndirmək və dövlət qulluqçularının ailələri üçün sosial müdafiə imkanlarını genişləndirməkdir".

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun