Medianews.az
"Qalatasaray"ın əsas transfer hədəfi bəlli oldu:
71 baxış

"Qalatasaray"ın əsas transfer hədəfi bəlli oldu: Okan Burukun siyahısındakı ilk ad - FOTO

Yeni mövsümə fərqli yarımmüdafiə xətti ilə başlamağı hədəfləyən "Qalatasaray"da baş məşqçi Okan Burukun siyahısındakı əsas hədəf bəlli olub.

Medianews.az xəbər verir ki, "Qalatasaray" İngiltərənin "Sanderlend" klubunda çıxış edən seneqallı yarımmüdafiəçi Həbib Diarra ilə yaxından maraqlanır.

Bu mövsümün əvvəlində 31.5 milyon avro müqabilində "Strasburq"dan "Sanderlend"ə transfer olunan Diarra İngiltərədə özünü doğruldub.

22 yaşlı futbolçu meydana çıxdığı 21 matçda 3 qol və 3 məhsuldar ötürmə ilə mövsümə öz damğasını vurub.

Səkkiz nömrə mövqeyindən əlavə, dayaq yarımmüdafiəçisi və hücumameyilli yarımmüdafiəçi kimi də çıxış edə bilən oyunçuya 30 milyon avrodan yüksək qiymət qoyulub. Aşağı yaş qruplarında Fransa yığmasının formasını geyinən Diarra əsas milli komanda səviyyəsində seçimini Seneqaldan yana edib.//Oxu.Az 

Qalatasarayın əsas transfer hədəfi bəlli oldu: Okan Burukun siyahısındakı ilk ad - FOTO

Bizə qoşulun