“Mançester Siti” “Bornmut”un vingeri və Qana millisinin üzvü Antuan Semenyonun transferini rəsmən açıqlayıb.
Publika.az xəbər verir ki, 26 yaşlı futbolçu “şəhərlilər”lə 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb. İngiltərə mətbuatının məlumatlara görə, Semenyonun transferi “şəhərlilər”ə 62,5 milyon funt sterlinqə başa gəlib.
Premyer Liqada 21 turdan sonra Semenyo 10 qolla cari mövsümün bombardirlər yarışında üçüncü pillədə qərarlaşıb.
