Rusiya Prezidenti Vladimir Putinlə "Birbaşa xətt"ə gələnlər özləri ilə turş kələm, enerji içkiləri və mandarin gətiriblər.
Medianews.az Lenta.ru-ya istinadən xəbər verir ki, onlara bu əşyalarla birlikdə Moskvadakı "Qostini Dvor” binasına daxil olmağa icazə verilməyib.
Bundan əlavə, girişdə iştirakçılardan burun damcıları, müxtəlif spreylər, şokolad və içkilər götürürlər.
Medianews.az