Medianews.az
Putindən HƏYƏCAN TƏBİLİ:
328 baxış

Putindən HƏYƏCAN TƏBİLİ: Rusiyada ciddi GERİLƏMƏ

O deyib ki, son illər qəbul edilən bütün proqramlara baxmayaraq, Rusiya əhalisinin artım tempi hələ də kifayət etmir və mənfi proses davam edir. Prezident hesab edir ki, demoqrafik böhranın aradan qaldırılması üçün kişilər ailə qərarlarında daha çox rol oynamalıdır:

“Söhbət ondan gedir ki, kişilər ailə qayğılarında daha fəal iştirak etsinlər, uşaqların doğulması ilə bağlı qərarlarda və tərbiyədə daha çox yer alsınlar”.

Prezident deyib ki, bizim əsas tarixi vəzifəmiz xalqımızın qorunması və sayının artırılmasıdır.
Göründüyü kimi, Rusiyada demoqrafik vəziyyətin böhranlı həddə olduğunu Putin etiraf edir və əhalinin sayının artırılmasını əsas vəzifə kimi görür.

Musavat.com Rusiyada demoqrafik artım-azalma tendensiyasını real rəqəmlərdə necə əksini tapdığını araşdırıb. Rəqəmlər Vladimir Putinin həyəcan təbili çalmasında haqlı olduğunu göstərir.

Belə ki, Rusiyada 2024-cü ildə 1 milyon 400 min uşaq doğulub. Həmin il ölənlərin sayı isə 1 milyon 660 min nəfər olub. Buradan aydın olur ki, doğumla ölüm arasında rəqəmlərdə mənfi tendensiya bir ildə 260 min nəfər təşkil edir. Yəni Rusiyada əhalinin sayı hər il təxminən 260 min nəfər azalır. Azalma tendensiyasını artıq 4 ilə yaxındır Rusiyanın Ukraynaya qarşı apardığı müharibə də tətikləyir.

Müharibə Rusiyanın demoqrafik durumuna zərbələr vurub və vurmaqda davam edir. Dörd ilə yaxındır davam edən müharibədə Rusiyanın 1 milyon 200 minə yaxın hərbiçisinin həlak olduğu, 3 milyondan çox insanın müxtəlif dərəcəli əlil olduğu bildirilir. Bundan başqa, müharibə səbəbindən Rusiyanı 2,5 milyona yaxın insan tərk edib. Müharibədə həlak olanların və ölkəni tərk edənlərin böyük əksəriyyəti 18-50 yaşında olan kişilər olduğunu nəzərə aldıqda demoqrafik artıma necə böyük zərbə dəydiyini aydın görünür. Mənfi tendensiya bu cür davam edərsə hökumətinin prosesi durdurmaq istiqamətində layihələrinin də nəticə verməyəcəyi ehtimalı yüksək qiymətləndirilir.

Bizə qoşulun