Medianews.az
Pulumuzu daha çox nəyə xərcləyirik? -
169 baxış

Pulumuzu daha çox nəyə xərcləyirik? - AÇIQLAMA

2026-cı ilin ilk rübündə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 15 milyard 927 milyon manatlıq mal satılıb. Bu əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 3.7 faiz artım deməkdir.

Bəs, pulumuzu daha çox nəyə xərcləyirik?

İqtisadçı deputat Vüqar Bayramov Medianews.az-ın sualına cavab olaraq bildirib ki, ilin ilk üç ayında istehlakçılara 8 milyard 774 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7 milyard 152 milyon manatlıq isə qeyri-ərzaq malları satılıb: “İlin ilk rübündə istehlakda ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-ərzaq malları üzrə isə 6,6 faiz artım qeydə alınıb. Bu o deməkdir ki, istehlakçılar pullarının 55 faizini ərzaq məhsullarının alınmasına xərcləyir.

İki istiqamətdə xərcləmələrdə kəskin artımlar müşahidə edilib. İstehlak kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarında 32.6, əczaçılıq məhsulları və tibbi ləvazimatlar üzrə isə 25.4 faiz artıb. Dərman preparatlarının istehlakında artımlar tələb ilə yanaşı qiymətin də yüksəlməsi ilə əlaqədardır”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun