Medianews.az
PSJ ulduzu ilə bağlı
52 baxış

PSJ ulduzu ilə bağlı QALMAQAL

Nuno Mendes ilə bağlı iddialar futbol gündəmini qarışdırıb.

Medianews.az xəbər verir ki, Paris Saint-Germain müdafiəçisinin şəxsi həyatında baş verən hadisənin onun karyerasına təsir edə biləcəyi bildirilir.

İddialara görə, Mendes qardaşı həyat yoldaşını başqa bir kişi ilə birlikdə görüb. Bu hadisənin futbolçunun psixoloji vəziyyətinə ciddi təsir etdiyi qeyd olunur.

Məlumatlara əsasən, bu səbəbdən onun PSJ-nin Liverpool FC ilə keçirəcəyi vacib qarşılaşmanı buraxa biləcəyi ehtimal edilir.

Həmçinin bildirilir ki, Mendesin yaxın gələcəkdə evlilik planları olub və hətta bu istiqamətdə maliyyə dəstəyi də göstərib. Lakin baş verənlərdən sonra futbolçunun bu qərarını yenidən nəzərdən keçirdiyi iddia olunur.

Qeyd edək ki, məsələ ilə bağlı rəsmi açıqlama verilməyib və yayılan məlumatlar hələlik iddia xarakteri daşıyır.

Bizə qoşulun