Medianews.az
SON DƏQİQƏ! İsrail 400 minlik ordu toplayır –
51 baxış

SON DƏQİQƏ! İsrail 400 minlik ordu toplayır – Böyük HÜCUM OLACAQ!

İranla əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq, sabah İsraildə yüz minlərlə əlavə səfərbərlik əmrinin təsdiqlənməsi gözlənilir. Aprelin 9-da toplanacaq Xarici İşlər və Müdafiə Komissiyası hökumətin 400 minədək ehtiyatda olan hərbçinin orduya çağırılmasına icazə verən qərarını təsdiqləyəcək.

Mart ayının sonunda İsrail hökuməti İran və “Hizbullah”a qarşı hərbi əməliyyatlarla əlaqədar 400 min ehtiyatda olan hərbçinin çağırılması planını bəyənmişdi. İsrail Müdafiə Ordusu (SAXAL) o zaman dəqiqləşdirmişdi ki, bu rəqəm faktiki çağırılacaq şəxslərin sayı deyil, əməliyyat ehtiyaclarına uyğun çevikliyi təmin edən “yuxarı həddir”.

Xatırladaq ki, 2025-ci ilin dekabrında təsdiqlənmiş əvvəlki çağırış limiti 280 min nəfər təşkil edirdi. 2023-cü ilin oktyabrından bəri SAXAL-ın fövqəladə hallarda ehtiyatda olan hərbçiləri çağırmaq hüququ hər bir neçə aydan bir hökumətin təsdiqinə çıxarılır./nocomment.az/

Bizə qoşulun