Çinin Jiangsu əyalətində yerləşən Nantong Meşə Safari Parkında keçirilən “od halqası rəqsi” tamaşası faciəyə çevrilmək üzrə olub.
Medianews.az xəbər verir ki, açıq hava şousu zamanı qadın ifaçının geyimindəki alov mexanizmi nasazlıq yaradaraq nəzarətdən çıxıb.
Nəticədə rəqqas bir neçə saniyə ərzində alovlanaraq “insan məşəlinə” çevrilib.
Sosial mediada yayılan görüntülərdə ifaçının alovlar içində qaçaraq özünü xilas etməyə çalışdığı əks olunub. O, parkın yaxınlığından keçən Yantszı çayına tullanaraq alovu söndürməyə nail olub.
Hadisədən sonra xəstəxanaya çatdırılan rəqqasın vəziyyətinin stabil olduğu və həyatına təhlükə olmadığı bildirilib.
Qəza ilə bağlı park rəhbərliyi bütün tamaşaları qeyri-müəyyən müddətə dayandırıb. Yerli hakimiyyət orqanları isə təhlükəsizlik qaydalarının yoxlanılması üçün araşdırmaya başlayıb.
Medianews.az



