İngiltərə Premyer Liqasında diz üstə sürüşərək qol sevincini qeyd etmək qadağan olunur.
Milli.Az xəbər verir ki, bu barədə "Daily Sport" məlumat yayıb.
Məlumata görə, liqa komitəsinin bu addımı diz üztə sürüşmə zamanı zədə riskinin yüksək olması ilə əlaqədardır.
Qadağa 2026-cı ilin yanvar ayından etibarən qüvvəyə minəcək. Əgər oyunçu qaydanı pozarsa və qolu bu şəkildə qeyd edərsə, hakimin sarı vərəqə verməkdən başqa çarəsi qalmayacaq.