Medianews.az
Pomidorla xiyarı birlikdə yemək
152 baxış

Pomidorla xiyarı birlikdə yemək olmazmış

Qidaların ayrı-ayrılıqda faydalı olması onların birlikdə də sağlam seçim olduğu anlamına gəlmir.

Medianews.az Musavat.com-a istinadla xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bəzi məşhur qida kombinasiyaları orqanizmin vitamin və mineralları mənimsəməsini çətinləşdirə, həzm sistemini yora və müxtəlif narahatlıqlara səbəb ola bilər.

Balıq və yoqurt: Histamin riski

Xalq arasında geniş yayılmış fikrə görə balıqla yoqurt birlikdə yeyilməməlidir. Mütəxəssislər bildirirlər ki, xüsusilə təzəliyini itirmiş balıqda histamin səviyyəsi yüksələ bilər. Yoqurt və digər fermentləşdirilmiş süd məhsulları da histamin ehtiva etdiyindən bəzi insanlarda bu birləşmə ürəkbulanma, səpkilər və həssas şəxslərdə daha ciddi reaksiyalara səbəb ola bilər.

Qırmızı ət və ayran

Qırmızı ət dəmir baxımından zəngin qidadır, ayran və yoqurt isə yüksək kalsium ehtiva edir. Kalsium dəmirin bağırsaqlardan sorulmasını azalda bildiyi üçün bu qidaların eyni vaxtda qəbulu dəmirin mənimsənilməsini zəiflədə bilər.

İspanaq və yoqurt

İspanaqda olan oksalat maddəsi yoqurtdakı kalsiumla birləşərək kalsiumun və bəzi mineralların sorulmasını azalda bilər. Bu səbəbdən ispanaqdan maksimum fayda əldə etmək üçün bəzi mütəxəssislər onun limonla birlikdə qəbulunu daha uyğun hesab edirlər.

Yeməkdən dərhal sonra meyvə

Ağır yeməkdən dərhal sonra meyvə yemək bəzi insanlarda köp, şişkinlik və həzm narahatlığı yarada bilər. Meyvələr adətən daha sürətli həzm olunduğundan, ağır yeməklərlə birlikdə qəbul edildikdə mədədə daha uzun müddət qala bilər.

Pomidor və xiyar

Məqalədə qeyd olunur ki, xiyarda olan bəzi fermentlər pomidordakı C vitamininin bir hissəsinin parçalanmasına səbəb ola bilər. Bu səbəbdən bu məşhur salat ikilisinin qida dəyərinin müəyyən qədər azalması mümkündür.

Mütəxəssislər vurğulayırlar ki, bu qidalar sağlam insanlar üçün adətən təhlükəli deyil. Söhbət əsasən qida maddələrinin mənimsənilməsinin azalması və ya həzm sistemində yarana biləcək narahatlıqlardan gedir.

Bizə qoşulun