Nizamlanma prosesinin başlanması üçün Ukrayna Silahlı Qüvvələri Donbas ərazisindən çıxmalıdır.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Ukrayna ordusu Donbası tərk etməli və həmin ərazidən tamamilə geri çəkilməlidir.
“Ukrayna Silahlı Qüvvələri Donbas ərazisini tərk etməlidir, oradan çıxarılmalıdır. Bu, nizamlanma üçün son dərəcə vacib şərtdir”, - deyə Peskov vurğulayıb.
O həmçinin əlavə edib ki, danışıqlar gündəmində qalmaqda olan digər nüanslar da mövcuddur.