Medianews.az
"Pəhriz çox riskli və diqqət tələb edən bir məsələdir" -
41 baxış

"Pəhriz çox riskli və diqqət tələb edən bir məsələdir" - Həkimdən XƏBƏRDARLIQ

"Pəhriz özü-özlüyündə zərərsiz və sadə bir proses deyil. İnsan düşünür ki, arıqdırsa, xoşbəxt və uğurludur. Bədən çəkisi artdıqda, kökəldikdə isə özünü uğursuz hesab etməyə başlayır və özünü ittiham edir. Bu ittihamlar artdıqca, onların altında yatan çoxsaylı mental və psixoloji problemlər üzə çıxır".

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsindəki canlı yayım zamanı qrup diet proqramlarının sağlamlığa təsiri haqqında qastroenteroloq Emin Məmmədov qeyd etdi.

Həkim qeyd etdi ki, belə insanlarda anksiyete, həyəcan-təşviş pozuntuları yaranır:

"Onlar daha əsəbi, qıcıqlanan, tez özündən çıxan və emosional olurlar. Uzun müddət pəhriz saxlayan şəxslərdə diqqət pozuntuları meydana çıxır, işə və ya dərslərə konsentrasiya olmaqda çətinlik yaranır".

Mütəxəssisin sözlərinə görə, yadda qalan belə hallardan biri onun praktikası zamanı baş verib. Ona zahirən çox arıq görünən gənc bir tələbə müraciət edib və bildirib ki, artıq dərslərdə otura bilmir, gecə-gündüz yalnız arıqlamaq haqqında düşünür və köməyə ehtiyacı var. Həkim qeyd edib ki, bu vəziyyət artıq fiziki deyil, mental pozuntu idi:

"Pasient pəhrizin psixoloji tələsindən çıxa bilmirdi və mütləq şəkildə psixoloq və ya nevroloqun dəstəyinə ehtiyac duyurdu".

Bizə qoşulun