Medianews.az
Paşinyan Azərbaycanla
58 baxış

Paşinyan Azərbaycanla SƏRHƏDƏ GƏLDİ

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş bölgəsinin Azərbaycanla sərhəddə yerləşən Kirants kəndində sakinlərlə birgə gəzinti edib və sərhədin delimitasiyasından sonra ərazidə vəziyyətin sabitləşdiyini bildirib.

Musavat.com xəbər verir ki, Paşinyanın sözlərinə görə, son bir ildə bölgədə bir dənə də olsun insident baş verməyib.

“Artıq bir ildir ki, heç bir insident baş verməyib. Üstəlik, demarkasiyadan sonra müəyyən bir vaxtda Ermənistan və Azərbaycan sərhədçiləri səngərlərindən çıxdılar, yəni bir-birlərinə görünürdülər. Sonra, ikinci mərhələdə dəbilqələrini və zirehli geyimlərini çıxardılar, üçüncü mərhələdə isə silahlarında sursat olmayacağına razılaşdılar. İndi mən buradayam və heç bir narahatlığım yoxdur”, – Paşinyan deyib.

Baş nazir əlavə edib ki, artıq Azərbaycan ərazisindən keçməklə Ermənistana dəmir yolu ilə yüklər daşınır, yaxın vaxtlarda isə Ermənistandan da göndərişlərin başlaması gözlənilir.

“Hazırda Azərbaycan üzərindən dəmir yolu ilə yüklər Ermənistana daxil olur, tezliklə Ermənistandan da digər mallar daşınacaq. Kirants artıq sülh kəndidir. Sərhədin delimitasiyasından sonra Kirantsın əhalisi 50 faiz artıb”, - Paşinyan vurğulayıb.

Bizə qoşulun