Medianews.az
Oynaq sağlamlığı üçün
105 baxış

Oynaq sağlamlığı üçün 4 güclü qida

Revmatoloqlar bildiriblər ki, düzgün qidalanma oynaq xəstəliklərini müalicə etməsə də, ağrıları və iltihabı azalda bilər.

Medianews.az xəbər verir ki, həkimlər xüsusilə aşağıdakı qidaları tövsiyə ediblər:

  • Qoz-fındıq – zülal və liflə zəngindir, ümumi sağlamlığa müsbət təsir edir
  • Zeytun yağı – tərkibində olan oleykanthal maddəsi iltihabı azaldır və artritdə ağrını yüngülləşdirə bilər
  • Yağlı balıq – omeqa-3 mənbəyidir, oynaqlar üçün faydalıdır
  • Lifli qidalar və fermentləşdirilmiş tərəvəzlər – həzm və ümumi immun sistemini dəstəkləyir

Mütəxəssislər vurğulayıblar ki, bu qidalar dərman deyil, amma xəstələrin vəziyyətini yüngülləşdirə bilər.

Medianews.az

Bizə qoşulun