Medianews.az
Orbandan SENSASİON AÇIQLAMA -
41 baxış

Orbandan SENSASİON AÇIQLAMA - Avropa müharibəyə HAZIRLAŞIR

Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqında gedən siyasi müzakirələrə toxunaraq sərt xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Aİ liderləri yaxın illərdə, 2030-cu ilə qədər Rusiya ilə genişmiqyaslı qarşıdurmaya hazırlaşırlar.

Orban bildirib ki, Budapeşt belə ssenarinin qarşısını almaq üçün bütün imkanlarından istifadə edəcək:

“Aİ liderləri 2030-cu ilə qədər Rusiya ilə müharibəyə hazırlaşırlar, lakin Macarıstan belə bir inkişafın qarşısını almaq üçün lazım olan hər şeyi edəcək”.

Macarıstan hökuməti son aylarda Avropanın təhlükəsizlik strategiyasına və Ukrayna siyasətinə dair kəskin tənqidlərini artırıb. Orban bir daha vurğulayıb ki, Budapeşt Avropanın müharibəyə sürüklənməsinə imkan verməyəcək, regionda sülhün bərqərar olması üçün alternativ siyasi yolların axtarılmasının vacibliyini qeyd edib.

Bizə qoşulun