Medianews.az
Timo Verner karyerasını
51 baxış

Timo Verner karyerasını ABŞ-də davam etdirəcək

"Leypziq" klubunun hücumçusu Timo Verner karyerasını ABŞ-də davam etdirəcək.

Oxu.Az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

Məlumata görə, 29 yaşlı forvard MLS (Major League Soccer - ABŞ və Kanada komandalarının yarışdığı ən yüksək futbol çempionatı) təmsilçisi "San Xose" ilə müqavilə imzalamaq üzrədir. Vernerin transferi ilə bağlı yaxın günlərdə rəsmi açıqlama gözlənilir.

Qeyd edək ki, təcrübəli hücumçu "Leypziq"də bu mövsüm yalnız üç matçda meydana çıxa bilib və komandanın əsas heyətində yer almaqda çətinlik çəkib.

Almaniya millisində 57 oyunda 24 qol vuran Verner, 2014-2020-ci illərdə "Ştutqart"da, 2016-2020 və 2022-2024-cü illərdə "Leypziq"də, 2020-2022-ci illərdə "Çelsi"də və 2023-2024-cü illərdə "Tottenhem"də forma geyinib. Bundan sonra karyerasını Şimali Amerikada davam etdirəcək alman futbolçu, MLS-in ən zəif komandalarından biri olan "San Xose"nin hücum xəttinə güc qatmağı hədəfləyir.

Bizə qoşulun