Medianews.az
Yeni il gecəsi 40 nəfərin öldüyü kurort Olimpiya Oyunlarına
53 baxış

Yeni il gecəsi 40 nəfərin öldüyü kurort Olimpiya Oyunlarına ev sahibliyi edəcək?

2026-cı il yanvarın 1-i gecəsi yanğın baş verdiyi və 40 nəfərin həyatını itirdiyi İsveçrənin Kran-Montana dağ-xizək kurortu 2038-ci il Qış Olimpiya Oyunlarının keçirilməsi üçün potensial meydançalar siyahısına daxil edilib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə RTS nəşri məlumat verib.

"Qış Olimpiya Oyunları 90 ildən sonra ilk dəfə 2038-ci ildə İsveçrədə keçirilə bilər. "Switzerland 2038" Assosiasiyası tərəfindən təklif edilən yerlər artıq məlumdur. İsveçrənin fransızdilli hissəsində Lozanna, Cenevrə və Kran-Montana bələdiyyələri seçilib", - deyə nəşr bildirib.

Kran-Montanadan əlavə, seçilmiş yerlərin siyahısına ümumilikdə doqquz şəhər və bölgə daxil edilib: Lozanna, Cenevrə, Enqelberq, Sürix, Tsuq, Luqano, Lentserhayde və Sent-Morits.

Təşəbbüs 10 kanton və 14 kommuna tərəfindən dəstəklənib, "Switzerland 2038" Assosiasiyası özü isə 2023-cü ilin noyabr ayında milli qış federasiyaları, "Swiss Olympic" и "Swiss Paralympic" tərəfindən təsis edilib.

Bizə qoşulun