Medianews.az
“Oğurluq qadağandır” yazısı yanında səkkiz baş tapıldı -
74 baxış

“Oğurluq qadağandır” yazısı yanında səkkiz baş tapıldı - Bu ölkədə

Ekvadorda narkotik biznesi ilə məşğul olan kriminal qruplaşmalar arasındakı münaqişələrin daha bir qanlı sübutu üzə çıxıb.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, Quayas əyalətində üzərində “Oğurluq qadağandır” yazılmış lövhənin yanında səkkiz kəsilmiş insan başı tapılıb.

Qurbanların qonşu Manabi əyalətində öldürüldüyü və daha sonra təhdid məqsədilə daşındığı güman edilir.

Hazırda Ekvadorda narkotik qaçaqmalçılığı üçün limanlara nəzarət uğrunda bir neçə kriminal qruplaşma arasında müharibə gedir.

Medianews.az

Bizə qoşulun