İsrailin Baş naziri Benyamin Netanyahu açıqlayıb ki, Livanın cənubunda İsrail hərbi nəzarəti altındakı təhlükəsizlik zonasının genişləndirilməsi barədə əmr verib.
Medianews.az xəbər verir ki, Netanyahu bu bəyanatı ölkənin şimal sərhədinə səfəri zamanı videomüraciət vasitəsilə verib. Videomaterial Baş nazirin Dəftərxanası tərəfindən yayımlanıb.
Netanyahu bildirib: “Sərhədimizə yönələn hücum və raket atəşi təhlükəsini qəti şəkildə önləmək məqsədilə mövcud təhlükəsizlik zonasının daha da genişləndirilməsini əmr etdim.”