Medianews.az
Bu rayondan
42 baxış

Bu rayondan sel keçir

Bir neçə gündür bölgələrdə müşahidə olunan yağışlı hava bu gün günəşli hava ilə əvəzlənib. Lakin buna baxmayaraq, çaylarda gursululuq davam edir.

Medianews.az Globalinfo.az-a istinadən xəbər verir ki, hazırda Göyçay rayonu ərazisindən axan eyniadlı çaydan sel keçir.

Selin rayon və kəndlər üçün hələlik ciddi fəsadları müşahidə olunmasa da, yağıntıların miqyası artacağı təqdirdə, çay ətrafında yerləşən əkin sahələrinin və pay torpaqlarının yuyulması ehtimalı var.

Xatırladaq ki, Göyçay çayı İsmayllı, Göyçay, Ucar və Zərdab rayonlarının ərazilərindən keçir.

Bizə qoşulun