Medianews.az
"Nədənsə bu qanunsuz parklanmanı heç kim görmür" -
74 baxış

"Nədənsə bu qanunsuz parklanmanı heç kim görmür" - Video

Aparıcı İlkin Həsəni növbəti dəfə Bakının Afiyəddin Cəlilov küçəsində avtomobili düzgün yerdə park etməyən sürücülərin nəqliyyat vasitələrini sosial şəbəkədə paylaşıb.

Medianews.az xəbər verir ki, o, yolun zolağını zəbt edən sürücülərlə bağlı bu dəfə Dövlət Yol Polisinə və AYNA-ya (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) müraciət edib:

"Gördüyünüz bu maşınlara görə mən zolağımı dəyişməyə məcbur qalıram. Aylardır, illərdir ki, bu avtomobillər orada saxlayırlar. Nədənsə bu qanunsuz parklanmanı heç kim görmür. Bununla bağlı bir dəfə paylaşım etmişdim. Yəqin ki, AYNA bunu görməyib. Ona görə də yenidən AYNA-dan və DYP-dən xahiş edirəm ki, bununla bağlı bir tədbir görüsünlər".

Bizə qoşulun