İsrail ordusunun mexanikləşdirilmiş kolonu təmizləmə əməliyyatı aparmaq üçün Suriyanın Kuneytra əyalətinin cənub rayonlarına daxil olub.
Medianews.az xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.
Hərbçilərin zirehli texnika ilə Ayn Zeyvan və Cəbətə əl‑Xaşib istiqamətində irəlilədiyi bildirilir. Axtarışlar zamanı radikal qruplarla əlaqədə şübhəli bilinən bir neçə nəfərin saxlanıldığı qeyd olunur.
Kanalın məlumatına əsasən, əməliyyat aparılan ərazilərdə İsrail qüvvələri bir neçə dəfə xəbərdarlıq atəşi açıb. Hazırda itkilər barədə məlumat verilməyib.
Bundan əvvəl, fevralın 12-də İsrail xüsusi təyinatlı dəstəsinin 15 zirehli texnika ilə Kuneytranın cənubundakı Ufaniyə kəndini mühasirəyə aldığı bildirilib. Axtarış əməliyyatı zamanı 3 suriyalının saxlanıldığı qeyd olunur.