Medianews.az
Minimum əməkhaqqı hər il
68 baxış

Minimum əməkhaqqı hər il ARTIRILACAQ

Azərbaycanda minimum əmək haqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.

Medianews.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Əmək Məcəlləsində

dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, minimum əmək haqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi

orqanın (qurumun) təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən

ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.

Bizə qoşulun