Medianews.az
NATO rəsmisindən rus gənclərinə şok xəbərdarlıq:
90 baxış

NATO rəsmisindən rus gənclərinə şok xəbərdarlıq: Ölümə gedirsiniz

NATO-nun baş katibi Mark Rutte Ukraynaya səfəri zamanı Rusiya gənclərinə müraciət edərək onları orduya qoşulmamağa çağırıb.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, Rutte Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi birgə mətbuat konfransında Rusiyada hərbi xidmətə cəlb olunan gənclərin kifayət qədər hazırlıq keçmədiyini və lazımi təchizatla təmin olunmadığını bildirib.

NATO rəhbəri rus gənclərinə xitab edərək, “Sizə pis bir müqavilə təklif olunur. Döyüşə göndərilənlər lazımi təlim almır, verilən avadanlıq isə kifayət etmir. Orada ölmək və ya yaralanmaq ehtimalınız çox yüksəkdir” deyə vurğulayıb. O, yaralanan hərbçilərin çox vaxt döyüş meydanında köməksiz vəziyyətdə qaldığını iddia edərək, “Yaralansanız, böyük ehtimalla palçığın içində ölümə tərk ediləcəksiniz” ifadəsini işlədib.

Rutte həmçinin Rusiyanın Ukraynadakı müharibədə ağır itkilər verdiyini irəli sürərək, hər ay 30 mindən çox rus hərbçisinin öldüyünü bildirib. NATO baş katibinin sözlərinə görə, bu rəqəm Sovet İttifaqının Əfqanıstan müharibəsində on il ərzində verdiyi itkilərlə müqayisə edilə biləcək səviyyədədir.

Mətbuat konfransında çıxış edən Zelenski isə müharibənin dayandırılması üçün Rusiya Prezidenti ilə birbaşa danışıqlara hazır olduğunu bəyan edib.

Bizə qoşulun