Medianews.az
NATO Asiyaya ən böyük nümayəndə heyətini
83 baxış

NATO Asiyaya ən böyük nümayəndə heyətini göndərir

NATO qərargahından təxminən 30 üzv ölkənin nümayəndələri may ayının ortalarında Yaponiyaya səfər etmək niyyətindədirlər.

Məlumatı NHK kanalı yayıb. Bildirilir ki, onlar Rusiya və Çinə qarşı siyasəti müzakirə etməyi, eləcə də gələcək əməkdaşlıq imkanlarını araşdırmaq üçün Yaponiya müdafiə sənayesinin nümayəndələri ilə görüşməyi planlaşdırırlar. Səfər proqramının bəndlərindən biri Tokio yaxınlığındakı Yokosukadakı Amerika hərbi bazasına səfərdir.

Kanalın məlumatına görə, alyans nümayəndəsi üzv ölkələrin səfirlərinin "Yaponiyanın ABŞ-ın müxtəlif tələblərinə necə cavab verdiyini və onlarla yaxşı münasibətlər saxladığını" öyrənmək istədiklərini qeyd edib. Bu mövzuya maraq ABŞ prezidenti Donald Trampın NATO-ya qarşı səsləndirdiyi tənqidlərdən qaynaqlanır.

NHK-nın qeyd etdiyinə görə, bu NATO nümayəndə heyəti indiyə qədər Yaponiyaya səfər edən ən böyük nümayəndə heyətidir. O, həmçinin Asiya regionunda əməkdaşlığı gücləndirmək məqsədilə Koreya Respublikasına səfər etməyi planlaşdırır./musavat.com

Bizə qoşulun