Medianews.az
Müğənni qəza etdi -
334 baxış

Müğənni qəza etdi - Atası və 2 yaşlı övladı öldü

Muğam ifaçısı Məftun Məmmədov ağır qəza edib.

Məftun Məmmədovun idarə etdiyi avtomobil idarəetmədən çıxaraq aşıb. Zərdabda baş verən ağır qəzada 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Muğam ifaçısı Məftun Məmmədovun atası və 2 yaşlı övladı da qəza nəticəsində dünyasını dəyişib.

Belə ki, Məftun Məmmədovun atası İntiqam Məmmədov, həmçinin onun 2 yaşlı oğlu Tunar Məmmədov qəzada həlak olub.

Avtomobildə olan digər şəxslər Məftun Məmmədov, anası Rəna Məmmədova, həyat yoldaşı Sona Məmmədova və övladları Uğur və İntiqam isə xəsarət alıblar./Milli.az/

Bizə qoşulun