Medianews.az
Mossad rəhbəri: İranla bağlı missiya
110 baxış

Mossad rəhbəri: İranla bağlı missiya hələ başa çatmayıb

İsrailin xarici kəşfiyyat xidməti Mossad-ın direktoru David Barnea İranla bağlı əməliyyatların davam etdiyini bildirib.

Medianews.az xəbər verir ki, "Ynet" nəşrinə istinadən yayılan məlumatda o, son 40 gün ərzində aparılan intensiv əməliyyatların mühüm nəticələr verdiyini deyib.

Barnea qeyd edib ki, əldə olunan nəticələrdən biri İranın İsrail dövlətinə qarşı strategiyasına ciddi zərbə vurulmasıdır.

Onun sözlərinə görə, buna baxmayaraq proses tam yekunlaşmayıb və fəaliyyət yalnız döyüşlərin dayanması ilə başa çatmayacaq.

Mossad rəhbəri vurğulayıb ki, təşkilatın əsas məqsədi yalnız İrandakı mövcud "radikal rejim" dəyişdikdən sonra tam həyata keçmiş hesab edilə bilər.//BAKU.WS 

Bizə qoşulun