Əməkdar artist Mətanət İsgəndərli növbəti paylaşımı ilə diqqət mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, müğənni dəbdəbəli mənzilindən qış geyimlərini nümayiş etdirib. Bahalı və zövqlü libaslarını ev şəraitində təqdim edən sənətçi bununla izləyicilərinin marağına səbəb olub.
İsgəndərlinin paylaşdığı görüntülərdə geniş qarderobu və dəbli geyim seçimi xüsusilə diqqət çəkib.
Sözügedən paylaşımlar sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb, izləyicilər müğənninin zövqünü və dəbdəbəli həyat tərzini müzakirə ediblər.