Sosial şəbəkələrdə “Bonnie Blue” adı ilə tanınan məşhur kontent yaradıcı Tia Billingeni polis saxlayıb.
Medianews.az xəbər verir ki, o, Balinin Badung/Kuta bölgəsində keçirilən əməliyyat zamanı saxlanılıb.
Polis onu “cinsi xarakterli kontent istehsalı” şübhəsi ilə 17 nəfərlə birlikdə nəzarətə alıb.
Polis studiyaya basqın zamanı kamera və rəqəmsal materiallar, xüsusi hazırlanmış mikroavtobus və bir sıra kostyumlar ələ keçirib.
Məlumata görə, saxlanılanların çoxu Avstraliya vətəndaşı olan turistlərdir. İlkin araşdırmadan sonra 14 Avstraliya vətəndaşı azad edilib. Lakin Bonnie Blue və bir neçə nəfər barəsində istintaq davam edir. Billingerin pasportu əlindən alınıb və o, immiqrasiya qurumlarında dindirilir.
İddialara əsasən, Blue Baliyə turistlərlə “Bang Bus” formatında kontent çəkmək üçün gəlib və xüsusilə 18 yaşını yenicə tamamlamış gəncləri hədəf alıb. Sosial şəbəkələrdə yayılan paylaşımlar və daxil olan şikayətlər basqına səbəb olub.
Endoneziya qanunvericiliyinə görə, pornografi istehsalı ağır cinayət sayılır və əcnəbilər üçün sərt cəza nəzərdə tutulur. Ekspertlərə görə, belə hallarda ən çox tətbiq edilən tədbir deportasiyadır.
Bonnie Blue son aylarda Channel 4-də yayımlanan qalmaqallı sənədli filmlə tanınmış, daha sonra qayda pozuntuları səbəbilə OnlyFans platformasından müddətsiz uzaqlaşdırılmışdı.
Medianews.az


