Medianews.az
Məşhur aparıcıların saxlanılmasının pərdəarxası -
182 baxış

Məşhur aparıcıların saxlanılmasının pərdəarxası - DETALLAR AÇIQLANDI

İstanbul Baş Prokurorluğunun həyata keçirdiyi genişmiqyaslı narkotik əməliyyatı incəsənət və media dünyasında böyük səs-küy yaradıb.

Medianews.az xəbər verir ki, əməliyyat sosial media fenomenlərinin telefonundakı yazışmaların şifrəsinin açılmasından sonra daha da genişlənib və yeni adlar istintaqa cəlb olunub.

İstanbul Vilayət Jandarma Komandanlığının koordinasiya etdiyi əməliyyat zamanı ilk mərhələlərdə ələ keçirilən rəqəmsal materialların araşdırılması nəticəsində yeni əlaqələr müəyyən edilib. Şübhəli şəxsin könüllü şəkildə təslim etdiyi telefonundakı "WhatsApp" və "Telegram" yazışmaları narkotik alışı və satışı ilə bağlı geniş əlaqələr şəbəkəsini gün üzünə çıxarıb.

Araşdırma çərçivəsində daha əvvəl ifadə verən məşhurlar sırasında Dilan və Engin Polat, İrem Derici, Derin və Deren Talu, Kubilay Aka, Kaan Yıldırım kimi məşhurlar var idi. Onların böyük hissəsinin test nəticələrinin təmiz çıxdığı, müsbət nəticə göstərən bir neçə şəxsin isə reseptlə verilən dərman qəbul etdiyi bildirilib. Bu siyahıda Duygu Özaslan Mutaf, Demet Evgar, Zeynep Meriç Aral, Ceren Moray, Hadisə və Özge Özpirinççi də yer alır.

Sabah qəzetinin məlumatına görə, əməliyyatın son mərhələsi ötən həftə toplanan rəqəmsal sübutlar əsasında media sektoruna da sıçrayıb. Tanınmış televiziya aparıcıları — Ela Rumeysa Cebeci, Hande Sarıoğlu və Meltem Acet — "narkotik və ya stimullaşdırıcı maddələrdən istifadə" ittihamı ilə ifadə verməyə çağırılıblar.

Aparıcılar Məhkəmə Tibb İnstitutunda qan və saç nümunələri verərək prosedurları tamamlayıblar. İfadə prosesi bitdikdən sonra hər üçü sərbəst buraxılıb.

İstintaqın davam etdiyi, rəqəmsal sübutların araşdırılmasının yeni adlar üzə çıxarma ehtimalının olduğu bildirilir.

Medianews.az

Bizə qoşulun