Ötən ilin martında infarkt keçirən tanınmış türkiyəli aktyor Ali Tutal bu dəfə beyninə qan sızması səbəbilə xəstəxanaya yerləşdirilib.
Milli.Az xəbər verir ki, 76 yaşlı aktyorun səhhəti evində olarkən qəfil pisləşib. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası onu xəstəxanaya çatdırıb və dərhal reanimasiya şöbəsinə yerləşdirib. Bildirilir ki, hazırda intubasiya olunan Ali Tutalın vəziyyəti ağır qiymətləndirilir və həyati təhlükə hələ də qalmaqdadır.
Qeyd edək ki, Ali Tutal türk kinosu və televiziya dünyasında "Güneşi Gördüm", "Mülteci", "Hemşo", "Tatlı Kaçıklar", "Bereketli Topraklar Üzerinde" və "Geniş Aile" kimi tanınmış film və seriallardakı rolları ilə yadda qalıb. Onun səhhəti ilə bağlı yayılan xəbərlər sənət camiəsində və pərəstişkarları arasında ciddi narahatlıq yaradıb.