Medianews.az
"Mənim obrazımı gəlinim canlandırsın" -
109 baxış

"Mənim obrazımı gəlinim canlandırsın" - Seda Sayan

Müğənni və aparıcı Seda Sayan həyat yoldaşı Çağlar Ökteni səhnə aldığı məkanda tək buraxmayıb.

Musavat.com xəbər verir ki, məşhur cütlük konsert öncəsi mətbuat nümayəndələri ilə söhbət edib.

Jurnalistlərlə söhbət edən Seda Sayan “Həyatınız film olsaydı, sizi kimin canlandırmasını istərdiniz?” sualına cavab verib.

Sənətçi “Həyatım film olsa, məni gəlin namizədim İlayda Alişan canlandırsın” deyib. Sayanın bu cavabı sosial mediada geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, Seda Sayan ötən ay oğlu Oğulcan Enginlə 2 ildir sevgili olan İlayda Alişanı öz televiziya proqramında qonaq edib.

Seda Sayanın “Məsələn, mənə deyirlər ki, sən çox qarışan və dəhşətli bir qayınana olarsan” sözlərinə etiraz edən Alişan isə “Məncə, elə deyilsiniz” cavabını verib.

Bizə qoşulun