İtaliyanın baş naziri Ciorcia Meloni İranın Minab şəhərindəki məktəbə edilən hücumu qınayıb.
Medianews.az-ın məlumatına görə, nazir kiçik qızlara qarşı törədilən hücumu qəbuledilməz hesab edir və günahkarların tezliklə məsuliyyətə cəlb edilməsini xahiş edir.
O, həmçinin qurbanların ailələrinə həmrəylik ifadə edib və mülki şəxslərin, xüsusilə uşaqların təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.
Qeyd olunur ki, Meloninin bu sözləri Senatdakı çıxışı zamanı həm müxalifət, həm də hakim koalisiya üzvləri tərəfindən alqışlanıb.
Medianews.az