Medianews.az
Məktəbdə qəfil pisləşən 14 yaşlı İlqara ağır diaqnoz qoyulub, dəstəyinizi gözləyir
77 baxış

Məktəbdə qəfil pisləşən 14 yaşlı İlqara ağır diaqnoz qoyulub, dəstəyinizi gözləyir

Məktəbdə halı qəfil pisləşən 14 yaşlı İlqar Gərayzadəyə ağır diaqnoz qoyulub.

Aparılan tibbi müayinələrdən sonra həkimlər ona qan xərçəngi (leykemiya) diaqnozu qoyublar.

Vəziyyətinin ağırlaşması nəticəsində xəstəlik zamanı ciddi fəsadlar yaranıb və İlqarın müalicəyə təcili ehtiyacı olduğu bildirilir. Həkimlərin məlumatına görə, xəstənin vəziyyəti kritikdir və intensiv müalicə tələb edir.

Ailəsi və yaxınları müalicə xərclərinin yüksək olduğunu və maddi çətinliklər səbəbindən çətin vəziyyətlə üzləşdiklərini bildirirlər.

Digər uşaqlar kimi İlqarında arzu-xəyalları, ona sevgi və nəvaziş göstərən, gələcəyini sağlam və parlaq görmək istəyən valideynləri vardır. Ən kiçik məbləğ belə, İlqarın həyatını dəyişə bilər.

Sizdən köməyinizi əsirgəməməyi, onun yenidən ayağa qalxmasında kiçik də olsa, yardım olmanızı xahiş edirik.

Əlaqə nömrəsi – 055 536 70 39

Bank detalları:
ABB – Azərbaycan Beynəlxalq Bankı
Kart nömrəsi 5522 0993 6037 3807
Kart sahibi KHALA NURİYEVA
(MilliÖn və digər ödəmə portallarında ödəmə etmək mümkündür).

Bizə qoşulun