Medianews.az
Mayonez niyə
61 baxış

Mayonez niyə zərərlidir?

“Mayonezin bir çox növündə 55 faiz yağ və 100 qramda təxminən 600-700 kilokalori var. Ona görə də bu məhsulun tez-tez istehlakı artıq çəkiyə və piylənməyə səbəb ola bilər”.

Medianews.az xəbər verir ki, bunu bioloq İrina Lyalina deyib.

O bildirib ki, sənayə üsülu ilə hazırlamış mayonezlərdə tez-tez doymuş yağlar və trans yağlar olur. Bu da "pis" xolesterol səviyyəsini artıraraq ürək-damar sisteminə mənfi təsir göstərir. O qeyd edib ki, bu növ mayonezlərdə həmçinin qoruyucu maddələr, rəngləndiricilər və dad gücləndiriciləri də var. Bunlar müntəzəm olaraq qəbul edildikdə allergiyaya, mədə qıcıqlanmasına və digər sağlamlıq problemlərinə səbəb ola bilər.

Lyalina vurğulayır ki, mayonezdəki həddindən artıq duz və şəkər yüksək təzyiqə və metabolik pozğunluqlara səbəb ola bilər. Mayonez 10-12 yaşdan kiçik uşaqlar üçün çox zərərlidir, çünki onların həzm fermentlərinin hamısı hələ bu məhsuldakı yağları, trans yağları və şəkərləri həzm etməyə hazır deyil.

Mütəxəssis bildirib ki, mənfi sağlamlıq təsirlərindən qaçınmaq üçün mayonez yüksək yağ, kalori və qatqı tərkibli olduğundan ehtiyatla şəkildə istehlak edilməlidir.

Medianews.az

Bizə qoşulun