Amerikalı sahibkar və milyarder İlon Mask siyasətə qoşulmasına peşman olduğunu deyib. İş adamı bildirib ki, DOGE-nin rəhbəri kimi əldə etdiyi nailiyyətlərlə fəxr etsə də, qrupla bağlı qalmaqallardan qaçıb, onun əvəzinə öz şirkətlərinə diqqət yetirsəydi, daha yaxşı olardı.
Medianews.az xəbər verir ki, Mask bu barədə Fox News-a müsahibəsində bildirib.
Milyarder deyib ki, artıq mənası olmayan, tamamilə israfçı olan bir çox layihələri maliyyələşdirməyi dayandırıblar.
O, departamentdə işləmək üçün çox fədakarlıq etdiyini etiraf edib.
Medianews.az