Medianews.az
Manfred Veber: Atəşkəs əldə olunarsa, Avropa
49 baxış

Manfred Veber: Atəşkəs əldə olunarsa, Avropa buna hazır olmalıdır

"Atəşkəs əldə olunarsa, Avropa ölkələri Ukraynada öz “sülhməramlı” kontingentlərini yerləşdirməyə hazır olmalıdırlar”.

Medianews.az xəbər verir ki, bunu Avropa Xalq Partiyasının (EPP) lideri Manfred Veber deyib.

"Əgər atəşkəs əldə olunarsa, Avropa bunun pozulmaması üçün nəzarət etməlidir. Avropanın operativ strukturlarının - Avropa bayrağı altında əsgərlərin olmasının vaxtı çatıb. Təbii ki, onların arasında almanlar da olmalı", - siyasətçi bildirib.

Bundan əlavə, Veber Xristian Sosial Birliyinin (CSU) partiya konfransında ümumi Avropa ordusunun yaradılması təklifini təqdim etmək niyyətində olduğunu açıqlayıb.

Medianews.az

 

Bizə qoşulun