Medianews.az
Makronun eynəyini istehsal edən şirkət
89 baxış

Makronun eynəyini istehsal edən şirkət müflis oldu

Fransa Prezidenti Emmanuel Makronun istifadə etdiyi günəş eynəklərinin linzalarını istehsal edən məşhur “Dalloz Creations” şirkəti fəaliyyətini dayandırıb.

Medianews.az xəbər verir ki, Fransanın Yura bölgəsində yerləşən və 69 illik tarixə malik olan şirkətin maliyyə problemləri səbəbindən müflis olduğu bildirilib.

Lons-le-Saunier Ticarət Məhkəməsi şirkətin ləğvi barədə qərar çıxarıb.

Qərardan sonra şirkətin bütün kommersiya aktivləri satışa çıxarılıb, 29 əməkdaş isə işsiz qalıb. Məlumata görə, şirkətin xilas edilməsi üçün hər hansı uğurlu plan tapılmayıb.

“Dalloz Creations” bu ilin yanvar ayında İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumundan sonra yenidən gündəmə gəlmişdi. Belə ki, Fransa Prezidenti Emmanuel Makronun taxdığı təxminən 650 avro dəyərində olan mavi güzgülü günəş eynəklərinin linzalarının məhz bu şirkət tərəfindən istehsal olunduğu açıqlanmışdı.

Bu məlumat şirkətin beynəlxalq səviyyədə diqqət çəkməsinə səbəb olsa da, artan maliyyə problemlərinin qarşısını almaq mümkün olmayıb.

Məhkəmə sənədlərinə əsasən, şirkət 2026-cı ilin mart ayından ciddi ödəmə çətinlikləri yaşamağa başlayıb. Son aylarda davam edən maliyyə böhranı isə şirkətin fəaliyyətini tamamilə dayandırması ilə nəticələnib.

Beləliklə, Fransanın uzun illər fəaliyyət göstərən tanınmış eynək linzası istehsalçılarından biri bazardan çəkilmiş olub.

Bizə qoşulun