"Barselona"nın vingeri Lamin Yamal klubun tarixinə avrokuboklarda ən gec vurulan penaltinin müəllifi kimi düşüb.
Medianews.az xəbər verir ki, bu barədə "Opta" analitik portalı məlumat yayıb.
Çempionlar Liqasının 2025/2026 mövsümünün 1/8 final mərhələsinin "Nyukasl"la keçirilən ilk oyununda (1:1) 18 yaşlı ispaniyalı futbolçu, Malik Tiavon Dani Olmonu yıxdığına görə təyin edilən 11 metrlik cərimə zərbəsini soyuqqanlılıqla reallaşdırıb.
Lamin Yamal qolu vuran zaman tabloda vaxt 95:50-ni göstərirdi – bu, "Barselona"nın Çempionlar Liqası tarixində vurduğu ən gec penalti qolu kimi qeydə alınıb.
Kataloniya klubu ilə "Nyukasl" arasındakı cavab qarşılaşması martın 18-də baş tutacaq. Oyun Barselonadakı "Spotify Camp Nou" stadionunda keçiriləcək./Publika.az